ritor.az

Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

21-02-2025, 15:44 5 dəfə baxılıb

Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb
Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb
Bakı, 21 fevral, Ritor.az

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində işləyir.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər (“Mitsubishi Pajero”, “UAZ”, “Mercedes Vito”, “Volkswagen” markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb. Eyni zamanda, digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində qarlı hava şəraiti ilə bağlı ötən gecədən bu gün səhər saat 14:00-dək 20-si qadın, 12-si kişi olmaqla, 32 nəfərin müraciəti qeydə alınıb. Onlardan 31 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən yalnız bir nəfər hospitalizasiyadan imtina edib.

Qarlı hava şəraiti ilə bağlı müraciət edənlərlə əlaqədar əlavə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930