ritor.az

Şamaxıda və Qobustanda qarlı hava: Magistral yollarda son vəziyyət

22-02-2025, 19:50 3 dəfə baxılıb

Şamaxıda və Qobustanda qarlı hava: Magistral yollarda son vəziyyət
Şamaxıda və Qobustanda qarlı hava: Magistral yollarda son vəziyyət
Şamaxı, 22 fevral, Ritor.az
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən magistral yolları qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.

Qarlı və şaxtalı hava təkcə Bakı-Şamaxı-Yevlax yoluna deyil, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yoluna da təsir edib. Bu ərazidə də qar və buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Aidiyyəti qurumlar ərazidə yolların təmizlənməsi və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görməkdə davam edir.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallının sözlərinə görə, qarın davamlı yağmasına baxmayaraq, işçilər fasiləsiz olaraq gecə-gündüz növbəli şəkildə çalışırlar: “Qar davamlı yağdı, biz də fasiləsiz olaraq gecəli-gündüzlü növbəli şəkildə bütün işçi heyətimiz və texnikamızla işlədik. Qar təmizlənib, duz-qum qarışığı yola səpilib ki, buz ərisin. Yenə də arxayınlaşmırıq, bilirik ki, sabah-birigün də bizi şaxta və qar gözləyir. Buna görə də biz tam hazırıq və bütün təminatımız var".

Hazırda bölgədə qar yağmasa da, şaxtalı hava şəraiti davam edir. Xüsusilə gecə saatlarında buzlanma ehtimalı yüksək olduğundan, sürücülərə sürət həddinə əməl etmələri və nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.

Xatırladaq ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisində yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb. 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən yolların buzdan təmizlənməsi üçün hərəkət hissəsinə duz-qum qarışığı səpilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930