ritor.az

Ağdərədə dağlıq ərazidə yanğın baş verib, 40 ədəd qurumuş ağac yanıb

16-03-2025, 14:13 0 dəfə baxılıb

Ağdərədə dağlıq ərazidə yanğın baş verib, 40 ədəd qurumuş ağac yanıb
Ağdərədə dağlıq ərazidə yanğın baş verib, 40 ədəd qurumuş ağac yanıb
Bakı, 16 mart, RİTOR.az

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 80 hektar sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930