ritor.az

Binəqədidə ağac kəsimi ilə bağlı qanun pozuntusu aşkarlanıb, ərazidə yeni ağaclar əkilib

2-03-2025, 19:33 3 dəfə baxılıb

Binəqədidə ağac kəsimi ilə bağlı qanun pozuntusu aşkarlanıb, ərazidə yeni ağaclar əkilib
Binəqədidə ağac kəsimi ilə bağlı qanun pozuntusu aşkarlanıb, ərazidə yeni ağaclar əkilib
Bakı, 2 mart, RİTOR.az
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930