ritor.az

Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib

21-03-2025, 19:01 14 dəfə baxılıb

Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib
Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib

Qazax Dövlət Dram Teatrının kollektivi Novruz bayramında balaca tamaşaçılarını sevindirmək üçün hazırlanan yeni tamaşanı təqdim edib.

RİTOR.az-ın verdiyi məlumata görə, “Ünsürlərin sirri – Bulağın sehri” adlı nağıl-tamaşa təbiətin oyanışını özünəməxsus şəkildə ifadə edir. Səhnə əsəri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansı alqışlarla müşayiət olunub.

Ceyhun Vəlizadənin eyni adlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Allahverdi Musayevdir. Rolları Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Rüfət Ömər, Aytac Cəfərova, Zəmanə Dərviş, Vüsal Hüseynov, Məmməd Hacalıyev, Əhməd Musayev ifa edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930