ritor.az

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb

18-03-2025, 19:32 14 dəfə baxılıb

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb
Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb

Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

RİTOR.az xəbər verir ki, Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisindən sonra meydana daxil olub və tədbir iştirakçılarını salamlayıblar.

Meydanın mərkəzində tonqal qalanıb, idmançılar bacarıqlarını nümayiş etdirib, milli oyunlar, Novruz adət-ənənələri təqdim olunub.

Tədbir iştirakçıları Novruz adət-ənənələrini özündə əks etdirən sərgi ilə tanış olub, çıxış edənlər şəhid ailələrini, qaziləri və sakinləri bayram münasibətilə təbrik ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov tovuzluları və qonaqları bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri də müqəddəs Novruzdur. Elə buna görə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi iris kimi tanınması böyük nailiyyətdir. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar həyata keçirilir. Xalqın rifahını daha da yüksəldən sosial paketlər uğurla icra olunur.

Bayram şənliyi rayon mədəniyyət və incəsənət işçilərinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930