ritor.az

“Novruz xonçası” - musiqili xeyriyyə tamaşası

12-03-2025, 22:23 18 dəfə baxılıb

“Novruz xonçası” - musiqili xeyriyyə tamaşası
“Novruz xonçası” - musiqili xeyriyyə tamaşası
Bakı, 12 mart, RİTOR.az

Martın 12-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Çinar Yayımları” Nəşriyyatının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Novruz bayramına həsr olunmuş “Novruz xonçası” adlı musiqili xeyriyyə tamaşası keçirilib.

RİTOR.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan internat məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak ediblər.

Musiqili tamaşada mərkəzin teatr dərnəyinin üzvləri, rəqs kollektivinin uşaqları, gənc vokalçıları tamaşaçılar qarşısında çıxış edərək xalqımızın qədim və ən sevimli bayramı olan Novruz adət-ənənələrini göstəriblər.

Tamaşanın sonunda tədbirə dəvət alan uşaqlara hədiyyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930