ritor.az

Qobustan və Şamaxıdan olan vətəndaşların aqrar sahə ilə bağlı müraciətləri dinlənilib

21-02-2025, 15:30 0 dəfə baxılıb

Qobustan və Şamaxıdan olan vətəndaşların aqrar sahə ilə bağlı müraciətləri dinlənilib
Qobustan və Şamaxıdan olan vətəndaşların aqrar sahə ilə bağlı müraciətləri dinlənilib
Bakı, 21 fevral, Ritor.az
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov fevralın 21-də Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiyaların ödənilməsi, kənd təsərrüfatı texnikası ilə təminat və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edilib.

Daha sonra İlham Süleymanov rayonun Cəmcəmli kəndin yerləşən fermer Ruslan Əhmədova məxsus üzüm bağı və heyvandarlıq təsərrüfatına baş çəkib. Görüşlərdə üzümçülüyün inkişafı, üzüm bağlarına düzgün aqrotexniki qulluq edilməsi, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930