ritor.az

DGK sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

21-02-2025, 15:37 0 dəfə baxılıb

DGK sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
DGK sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 21 fevral, Ritor.az

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Mingəçevir Gənclər Evində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşların müraciətlərini dinləyib.

DGK-dan AZƏRTAC-a bildirilib ki, komitə sədri görüşdən öncə Mingəçevir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Mingəçevir şəhəri və Yevlax rayonunun sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930