ritor.az

Naxçıvanda veriləcək subsidiya məbləği ölkənin digər bölgələrindən yüksək olacaq

21-02-2025, 15:32 0 dəfə baxılıb

Naxçıvanda veriləcək subsidiya məbləği ölkənin digər bölgələrindən yüksək olacaq
Naxçıvanda veriləcək subsidiya məbləği ölkənin digər bölgələrindən yüksək olacaq
Naxçıvan, 21 fevral, Ritor.az
Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyalar Prezidentin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun ödəniləcək. Fərmanın tələblərinə əsasən, subsidiyaların verilməsi elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə tənzimlənir. Lakin indiyədək muxtar respublikada bu elektron sistem mövcud olmayıb. Hazırda isə elektron kənd təsərrüfatı informasiya sisteminə keçid işləri görülür.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tural Haqverdiyev deyib.

O qeyd edib ki, yerləşdiyi ərazi, strateji əhəmiyyəti, kənd təsərrüfatı istehsalçılarının mövcud vəziyyəti nəzərə alınaraq, muxtar respublikada subsidiyaların verilməsində fərqli yanaşmanın tətbiqi ilə bağlı müvafiq təkliflər verilib. Məsələ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirə olunub və müsbət nəticə əldə edilib. Belə ki, yeni qəbul olunmuş qərara əsasən, ölkənin digər bölgələrində 1 hektar alma bağına 11 min manat subsidiya hesablanırsa, qeyd olunan məbləğ muxtar respublikada 32 min 200 manat təşkil edir. Eyni zamanda, 1 hektar armud bağına respublikanın digər bölgələrində 8 min manat subsidiya hesablanırsa, bu məbləğ muxtar respublikada 25 min 200 manatdır.

“2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan üzüm bağları üçün məbləğ 8 min manatdan 14 min 700 manata, fındıq bağları üçün 4 min 400 manatdan 8 min 50 manata, şaftalı, nektarin və ərik bağları üçün 4 min manatdan 24 min 500 manata, püstə bağları üçün 4 min 500 manatdan 6 min 300 manata, badam bağları üçün 3 min 500 manatdan 7 min 350 manata, qoz bağları üçün isə 3 min 300 manatdan 5 min 600 manatadək artırılıb. Həmçinin qərarda tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilərin 1 hektarına 1000 manat məbləğində subsidiyanın verilməsi də yer alıb”, - deyə muxtar respublika Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930