ritor.az

Türkiyənin xeyli sayda iş adamı Naxçıvana gələcək

31-08-2023, 10:06 17 dəfə baxılıb


Gələn həftə Türkiyənin iş adamlarından ibarət böyük nümayəndə heyəti Naxçıvana gələcək.

Ritor.Az xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

“Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr gələcəkdə çox sürətlə inkişaf edəcək. “Ziraat” Bankı açılacaq. Türkiyə-Naxçıvan ticarət dərnəyi qurmaq istiqamətində hazırda işlər davam edir”.

Baş konsul vurğulayıb ki, iki ölkə arasında əlaqələr inkişaf edir:

“Münasibətlərimiz hər sahədə inkişaf edir, biz də Baş Konsulluq olaraq burada başda səlahiyyətli nümayəndə olmaqla bütün dövlət rəhbərləri ilə gözəl əlaqələr qurmuşuq. Xalqlarımız və ölkələrimiz arasındakı birliyə əlimizdən gəldiyi qədər töhfə verməyə çalışırıq.

Bu il həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmlidir. Türkiyə Cümhuriyyətinin yaradılmasının, eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndərlə bağlı bir çox tədbirlər keçirilir. Qarşıdan gələn aylarda biz də bu münasibətlə bir neçə tədbir təşkil etməyi nəzərdə tuturuq. İnanırıq ki, həmin tədbirləri yüksək səviyyədə keçirə biləcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930