ritor.az

Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

6-05-2023, 14:39 24 dəfə baxılıb


Bu il Azərbaycan da daxil olmaqla 8 ölkədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının buraxılması nəzərdə tutulub.

RİTOR.AZ report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib.

"Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstanda bu poçt markaları dövriyyəyə buraxılıb", - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində bu il gün Azərbaycanda 11 növdə poçt markasının buraxılması nəzərdə tutulur. "Yeni poçt markalarından birinin buraxılması bu gün konfrans çərçivəsində baş tuta bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930