ritor.az

Gürcüstanda xüsusi təyinatlılar etirazçıların qarşısına çıxdı - FOTO/VİDEO

9-03-2023, 09:44 117 dəfə baxılıb


Gürcüstanın paytaxtı Tbilisidə parlamentin qarşısında "Xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq yenidən minlərlə insan etiraz aksiyası keçirib.

RİTOR.AZ xəbər verir ki, etirazçılar hasarları aşaraq qanunverici orqanın binasını ələ keçirmək istəyiblər.

Polis əməkdaşları səsgücləndiricilərlə etirazçılardan dağılışmağı tələb etsə də, narazı kütlə buna əhəmiyyət verməyib.

Daha sonra etirazçıları dağıtmaq üçün Gürcüstanın xüsusi təyinatlı qüvvələri müdaxilə edib. Su şırnaqları və gözyaşardıcı qazdan istifadə edən təhlüksəzilik qüvvələri nümayişçiləri dağıtmağa müvəffəq olub.

ritor.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930