Tarix yazan xüsusi təyinatlılar. Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 23 il ötür
Şüarı – sədaqətim şərəfimdir. Rəngi – qırmızı, mavi, ləqəbi – Yaşma. “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” kimi şərti adlarla tanınır. Söhbət Azərbaycanın Xüsusi Təyinatlılarından gedir.
Dünyanın ən intizamlı, ən çətin vəzifələrini yerinə yetirmək bacarığına malik olan elitar qüvvələr Azərbaycanda 1999-cu il aprelin 30-da Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində yaradılıb. Bu gün onların fəaliyyətindən 23 il ötür.
Onlar Azərbaycanın vuran qolu, görən gözüdür. 2-ci Qarabağ müharibənin qazanılmasında, dünyanın hərb tarixinə düşən Şuşa, Hadrut kimi dağlıq ərazilərin azad olunmasında xüsusi rolları var.
Onlaran biri də 19 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, Vətən müharibəsi iştirakçısı Bəhram Əhmədovdur.