ritor.az

ABŞ-dakı erməni təşkilatlarının səfirliyimiz qarşısında aksiya planı baş tutmayıb - FOTO

16-09-2022, 10:02 155 dəfə baxılıb


ABŞ-də etiraz edən ermənilərə “Qarabağ Azərbaycandır!” yazılmış plakatlarla cavab verildi.

İfrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dəki səfirliyi önündə “etiraz aksiyası” keçirib. Səfirlik əməkdaşları ermənilərə Azərbaycan dövlət himni, hərbi marşları və vətənpərvərlik mövzusunda olan musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla cavab veriblər. Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarlarını özləri belə eştiməkdə çətinlik çəkiblər.

Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatlar yazılmış plakatlar və qondarma “bayraqlarla” Səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin bu zaman da istəklərinə nail ola bilmədən, plakatlarını da qoyub uzaqlaşmaq məcburiyyətində qalıblar.Aksiya zamanı Səfirliyin ərazisinə müdaxilə olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930