
1855-ci il. Fransız astronom Urben Jan Jozef Leverye ilk dəfə havanın sinoptik xəritəsini qurub.

1841-ci il. ABŞ-a məxsus “Govener Fenner” yelkənli gəmisi Liverpul-Nyu-York istiqamətində səfər edərkən İngiltərə yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 122 nəfər ölüb.

1878-ci il. Amerikalı ixtiraçı Tomas Edison dünyada ilk səsyazan və səs oxuyan fonoqraf qurğusu ixtira edib və patentini alıb.

2003-cü il. İranın Kerman şəhəri yaxınlığında “İL-79 MD” təyyarəsi pis hava şəraiti səbəbindən qəzaya uğrayıb, 275 nəfər həlak olub. Ölənlərin 264-ü iranlı hərbçilər, 11-i isə təyyarənin şəxsi heyəti olub.
19 fevral: Napoleonun taxta çıxması, II Aleksandrın manifesti.
Napoleon

1800 — Napoleon Bonapart özünü Fransanın birinci şəxsi elan etmişdir.
1861 — II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalamışdır.
1878 — Tomas Edison fonoqrafı patentləşdirmişdir.
1878 — Rusiya ilə Türkiyə arasında növbəti müharibə başa çatmış, tərəflər ilkin sülh sənədini - San-Stefano müqaviləsini imzalamışlar.
1915 — Türkiyədə Dardanel boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar başlamışdır.
1954 — Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilmişdir.
1959 — Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanmışdır.
RİTOR.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.