ritor.az

Tarixdə Bu Gün 18 Fevral

18-02-2023, 12:06 74 dəfə baxılıb



18 fevral: Sultan Mehmetin taxta çıxması, II Aleksandrın imperator olması

Fateh Sultan Mehmet
1451 — Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxmışdır.
1855 — II Aleksandr Rusiya İmperiyasının imperatoru olmuşdur.
1952 — Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunmuşlar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
1965 — Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan etmişdir.
1990 — Erməni terrorçularının Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobusu partlatması nəticəsində çox sayda insan həlak olmuşdur.
2004 — İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılmış, 320 nəfər adam həlak olmuşdur.
2009 — "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı olmuşdur.

2009-cu il. “Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə ISESCO-nun təklifi ilə İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş III konfransında qəbul edilib. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı olub.



1931–ci il. Xalq şairi Nəriman Həsənzadənin doğum günü. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. O, epik-dramatik poemalar müəllifi kimi də tanınır. “Bütün Şərq bilsin”, “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” mənzum pyesləri bir sıra teatrlarda səhnələşdirilib. 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir, 100-dən çox şeirinə mahnı bəstələnib.

1967-ci il. ABŞ-da atom bombasının “atası” hesab edilən Robert Oppenheymer vəfat edib (1904-1967). İkinci Dünya müharibəsi zamanı nüvə silahı istehsalı üçün həyata keçirilən Manhetten layihəsinin elmi rəhbəri olub.

1911-ci il. İlk rəsmi aviapoçt reysi həyata keçirilib. Hindistanda Allahabaddan Nainiyə qədər 13 kilometr məsafədə Anri Pike təyyarə ilə 6,5 min məktub və 250 xüsusi açıqca gətirib. Məktubların üstündə vurulan möhürdə “İlk hava poçtu. Birləşmiş Milli Sərgi. Allahabad.1911” (First aerial post. U. P. Exhibition. Allahabad. 1911) yazılıb.

RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930