13 fevral: Fransanın ilk atom bombasının sınağı; Qvatemalada Rio Neqro qırğını.
Karnal döyüşü 1668 — İspaniya Portuqaliyanı müstəqil dövlət kimi tanıdı. 1739 — Nadir şah Əfşar Karnal döyüşündə moğol hökmdarı Məhəmməd şahı məğlub etdi. 1880 — Tomas Edison sonradan "Edison effekti" adını alan termoelektron emissiyası hadisəsini müşahidə etdi. 1960 — Fransa Əlcəzairin cənubundakı Tanezruft səhrasında özünün ilk atom bombasını sınaqdan keçirdi. 1971 — ABŞ ordusunun hava və artilleriya dəstəyi verdiyi Cənubi Vyetnam ordusu Laosu işğal etdi. 1984 — Yuri Andropovun vəfatından sonra Konstantin Çernenko Sov.İKP MK-nın baş katibi seçildi. 1988 — Stepanakertdə DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə ilk mitinq keçirildi. 2001 — Salvadorda 400-dən artıq insanın ölümü ilə nəticələnən Rixter şkalası üzrə 6,6 bal gücündə zəlzələ baş verdi.
Fevralın 13-ü Ümumdünya Radio Günü qeyd edilir. UNESCO-nun üzvü olan dövlətlər bu barədə 2011-ci ildə qərar qəbul ediblər. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb. Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanların
1895-ci il. Kinematoqrafiyanın banisi olan fransalı Ogüst Lümyer qardaşı Lui Lümyer ilə birlikdə hərəkətli təsvir əldə etmək üçün “Kinematoqraf” və ya “Sinmatoqraf” adlı aparatı kəşf ediblər. Bununla da dünya kinematoqrafiyasının əsası qoyulub. İlk pullu kinoseansın açılışı həmin ilin dekabrında Parisdə məhz Lümyer qardaşları tərəfindən həyata keçirilib.
1990-cı il. Almaniyanın birləşdirilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşmaya əsasən birləşdirilmə prosesi həmin il sentyabrın 12-də ABŞ, Böyük Britaniya, Sovet İttifaqı, Fransa, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası tərəfindən imzalanmış sazişə əsasən həyata keçirilib.
RİTOR.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: