ritor.az

Ruben Vardanyan Qarabağ bölgəsi ermənilərini Azərbaycana qarşı terror yolu tutmağa çağırıb

18-12-2022, 18:02 35 dəfə baxılıb


Azərbaycanın Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının “dövlət naziri” yeni təxribatlar törətmək üçün ölkəmizin ərazisində olduğunu bir daha sübut edib.

Oxu.Az-ın məlumatına görə, o, dekabrın 17-də qanunsuz olaraq Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub.



Müəssisənin işçiləri ilə görüşdə bu azmış kimi o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb.

R.Vardanyan sözün əsl mənasında ölkəmizlə müharibənin davam etdiyini bəyan edib. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terrora çağırışı kimi də qiymətləndirmək olar.

Xatırladaq ki, Cənubi Qafqazda siyasi vəziyyəti dəyişmək üçün Qarabağa ezam olunmuş Ruben Vardanyan hazırda bölgədəki vəziyyəti öz xeyrinə döndərməyə çalışır.
Ritor.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930