Rəcəb Tayyib Ərdoğan ölkələrdən dəstək istədi - VİDEO Rəcəb Tayyib Ərdoğan ölkələrdən dəstək istədi - VİDEO
25-09-2022, 15:51
162 dəfə baxılıb
“Terror təşkilatlarına qarşı mübarizə tədbirlərini birgə gücləndirməliyik” Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanı narahat edən qlobal problemlərə diqqət çəkib.
Türkiyə prezidenti xüsusilə də terror təşkilatlarına qarşı mübarizəni heç vaxt dayandırmayacağını və rəsmi Ankaranın bu istiqamətdə hər cür tədbir görməyə qadir oldğunu bildirib.
Ərdoğan Yunanıstanda mühacirlərə qarşı zülmün artdığını dilə gətirərək onların qanunsuz və ehtiyatsız şəkildə əraziləridən çıxarılmasını və Egey dənizinin qaçqın məzarlığına çevirdiyini söyləyib. Bildirib ki, baş verənlərə rəğmən Yunanıstandan əməkdaşlıq və həmrəylik çağırışlarımızı eşitməklərini gözləyirik
Dünyada sülhün, barışın bərqərar olması üçün vacib addımların atılomalı olduğunu deyən Türkiyə lideri dünya ölkələrini Ukrayna ilə bağlı sülh təşəbbüsünə qoşulmağa çağırıb. Bildirib ki, bütün ölkələr Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həllini dəstəkləməlidir. Çünki ölkələr arasındakı gərginlik ərzaq böhranının artmasına təsir edir.
Yeri gəkmişkən BMT Baş Assambleyanın 77-ci sessiyası çərçivəsində qurumun Baş katibi Antonio Quterreş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı vəziyyəti, taxıl sövdələşməsini, həmçinin Rusiya taxılının və gübrələrinin beynəlxalq bazarlara çıxışını müzakirə ediblər Video:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: