ritor.az

“Paşinyan hökuməti də bir sıra məsələlərin həllində maraqlıdır” - GƏLİŞMƏ

26-02-2022, 17:45 31 dəfə baxılıb


“Ermənistanın hər hansı sənədi imzalamağa hazır olub-olmadığı Rusiya prezidenti Putindən asılıdır. Mənim fikrimcə, əgər Putin hansısa sənədin qəbul edilməsinin vacibliyini ifadə edəcəksə, Paşinyan həmin sənədi qəbul etməli olacaq”.

Bunu professor Əli Abbasov Ermənistanın sülhə hazır olub-olmamasından danışarkən Reyting.az-a deyib.

Professor bildirib ki, hazırda Ermənistan cəmiyyətində Azərbaycanla hansısa saziş və razılaşmalara görə etirazlar mövcuddur. Onun sözlərinə görə, bu etirazlar 10 noyabr razılaşmasından sonra davam edir: “Amma buna rəğmən Putin Paşinyanın qarşısında hansısa sənədi qoyacaqsa, Ermənistanın hökumət başçısı buna razı olacaq”.

Məsələnin ikinci və daha maraqlı tərəfinə gəlincə, Ə. Abbasov bildirib ki, şəxsən Paşinyan bu prosesin tez yekunlaşmasını istəyir. “Çünki onun qarşısında başqa vacib işlər də var. Ermənistan 30 il bundan əvvəl olduğu kimi, indi də blokada da qalıb. Problemlər çoxdur. Əlbəttə, o da istəyir ki, durum yaxşılığa doğru dəyişsin, amma onun da öz maraqları var”,- deyə Ə. Abbasov əlavə edib.

Müsahibimiz düşünür ki, indi erməni cəmiyyətinin psixoloji vəziyyəti müzakirə mövzusu deyil: “Onlar üçün vacib olan düşdükləri durumdan çıxmaqdır. Amma bundan çıxış yolu necədir? Mənim qənaətimcə, onlar siyasi məsələləri bir kənara qoyaraq kommunikasiya məsələlərini əsas götürməyə çalışacaqlar. Məncə, Azərbaycan tərəfinin mövqeyindən çox şey asılıdır. Çünki Azərbaycanın da konkret maraq və tələbləri var”.

Ə. Abbasov Ermənistanda aksiyaların davam etdiyini də xatırlayıb: “Bu aksiyalar bir gündə dayanmayıb. Bu halda Paşinyan oturub bunun sonunumu gözləməlidir? Sonda heç nə olmayacaqsa, bu zaman ona deyəcəklər ki, bacarmadın, kürsünü boşalt! Odur ki, Paşinyan hökuməti də bir sıra məsələlərin həllində maraqlıdır. Görək hansı yolu tutacaqlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930