ritor.az

Ukraynanın Azərbaycandakı səfiri və Fəxri Konsul ukraynalı Milli Qəhrəmanın məzarını ziyarət edib

8-11-2022, 20:26 152 dəfə baxılıb


Noyabrın 8-də Azərbaycan əsas milli bayramlarından birini - Zəfər Gününü qeyd edir!

RİTOR.AZ xəbər verir ki, bu zəfəri həm İkinci, həm də Birinci Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar, onların arasında çoxlu ukraynalılar da var idi. Onlardan biri də öz həyatı bahasına mülki insanları müharibə şəraitində olan Qarabağdan xilas edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Viktor Seryogindir.

Bu gün Şəhidlər Xiyabanında V.Seryoginin qızı və həyat yoldaşı, diplomatik müəssisənin əməkdaşları, o cümlədən Sumqayıt şəhər İ.Franko adına Ukrayna İcmasının rəhbəri Tamilla Musayeva, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadə və Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenin iştirakı ilə milli qəhrəmanların və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən hər kəsin xatirəsini ehtiramla yad ediblər.

Simvolikdir ki, 30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də bir çox Azərbaycan əsilli döyüşçülər Ukrayna torpağını rus işğalçılarından fədakarlıqla, qəhrəmancasına müdafiə edirlər.

Yaşasın Qəhrəmanlar!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930