ritor.az

Özbəkistanda Azərbaycan günləri davam edir

12-04-2022, 21:47 93 dəfə baxılıb

“N.Gəncəvi və Ə.Nəvai yaradıcılığında türk təfəkkürü” kitabı təqdim edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbək alimlərin “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputat Müşfiq Cəfərov, ali məktəbin professor- müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak edib.

qonaqlar Əvvəl böyük Azərbaycan şairi Nizami Gəncəvinin Universitetin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyub.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışı zamanı vurğulayıb ki, türk dünyası bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş edib və belə görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Əlişir Nəvainin adları fəxrlə çəkilir.

Həmçinin tədbirdə çıxış edən Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb.

Sonda Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovun imzası ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb.

Professorlar ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından, təqdim olunan kitabın əhəmiyyətindən danışıb və birgə əməkdaşlığın bundan sonra da davam edəcəyini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930