ritor.az

İlon Mask “Twitter”ə rəhbərlik etməyə başlayıb

28-10-2022, 10:29 39 dəfə baxılıb


“SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask “Twitter”ə rəhbərlik etməyə başlayıb, əvvəlki rəhbərlik isə qərargahı tərk edib.

“Report” xəbər verir ki, bu barədə CNBC-nin müxbiri Devid Faber mənbələrə istinadən məlumat verib.

“İlon Mask indi “Twitter”ə rəhbərlik edir. Mənə məlumat verildi ki, keçmiş baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal qərargahı tərk ediblər və Mask dövrü başladığı üçün geri qayıtmayacaqlar”- deyə, o bildirib.

“Financial Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, Mask artıq şirkəti almaq üçün sövdələşməni bağlayıb.

Xatırladaq ki, hələ aprel ayında “Twitter” kompaniyasının rəhbərliyi amerikalı biznesmen İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib.
RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930