ritor.az

Blinken: “ABŞ Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”

16-09-2022, 09:58 118 dəfə baxılıb


ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı (15 sentyabr – Red) Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib ki, ABŞ Ermənistan və Azərbaycana münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazırdır.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın mətbuat üçün verdiyi yazılı açıqlamasında deyilir.

“Dövlət katibi Ermənistana və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğumuzu təsdiqləyib. O, diplomatiyanın yeganə irəliyə aparan doğru yol olduğunu deyib və qeyd edib ki, bundan sonra da bu diplomatik prosesdə şəxsən iştirak edəcək”-deyə, Ned Praysa bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930