ritor.az

KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki ərazilərə baş çəkib

17-09-2022, 21:41 92 dəfə baxılıb


KTMT-nin missiyası Ermənistan və Azərbaycan sərhədində yerləşən ərazilərə baş çəkib.

RİTOR.AZ TASS agentliyinə istinadla xəbər verir ki, General-polkovnik Anatoli Sidorovun başçılığı ilə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu Azərbaycanla sərhəddə bir neçə məntəqədə monitorinq keçirib.

Xatırladaq ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın baş katibi Stanislav Zasın başçılıq etdiyi missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Bundan əlavə, iclasda cavabdehlik sahəsində vəziyyətə daim nəzarət etmək üçün katibliyin əməkdaşları və KTMT-nin Birgə Qərargahının hərbi qulluqçuları arasından işçi qrupunun yaradılması qərara alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930