ritor.az

Pakistanın 23-cü Baş naziri

12-04-2022, 18:08 56 dəfə baxılıb

Ölkə parlamenti 70 yaşlı Şahbaz Şərifə etimad göstərdi
Pakistan parlamentində keçirilən səsvermə nəticəsində 70 yaşlı müxalifət lideri Şahbaz Şərif ölkənin 23-cü Baş naziri seçilib.

Bəs Pakistanın yeni Baş naziri kimdir?

Şahbaz Şərif əvvəllər üç dəfə Pakistanın Baş naziri vəzifəsində çalışan Nəvaz Şərifin kiçik qardaşıdır.

İnqilabi şeirlərdən sitat gətirməsi ilə gündəmə gələn Şərif, Pakistan Müslüman Liqasının lideri olmamışdan əvvəl uzun illər Pəncab əyalətində baş nazir vəzifəsində çalışıb. 70 yaşlı Şərif həm də ailəsindən miras qalan ölkənin aparıcı polad şirkətlərindən birinin sahibidir.

Şərifi Baş nazir postunda gözləyən ən mühüm məsəslə iqtisadi və təhlükəsizlik problemləridir. 1947-ci ildə müstəqilliyini elan edən Pakistanda dörd dəfə hərbi çevriliş və eyni sayda uğursuz hərbi çevrilişə cəhd baş tutub.

Yeni Baş nazirin ölkəsində təhlükəsizliyi təmin edəcəyi, hərtərəfli inkişafa töhfə verəcəyi deyilir.
Pakistan-Azərbaycanın münasibətlərinə gəlincə isə, bu, hər zaman yüksək səviyyədə olub. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Ceyhun Məmmədov əlaqələrin tarixi köklərə dayandığını deyir.

Pakistan Asiyada yerləşən mühüm geosiyasi mövqeyə malik olan ölkə, nüvə dövləti, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzv ölkələrindən biridir.

Belə bir ölkə ilə tərəfdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir.

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin iyun ayının 9-da qurulub.

Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.

1996-cı ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb.

Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib, bu dövləti bir təcavüzkar kimi ittiham edib.
İki ölkə arasında müxtəlif vaxtlarda Müdafiə və Hərbi, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə, təhsil və digər sahələrdə sazişlər imzalanıb.

Əhalisi 200 milyondan çox olan Pakistanla Azərbaycanın iqtisadi əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkəmizdə 2 mindən çox Pakistan şirkəti fəlaiyyət göstərir. İki ölkə arasında illik ticarət dövriyyəsi 14.8 milyard dollardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930