ritor.az

Güclü zəlzələ 255 nəfərin həyatına son qoyub - Əfqanıstanda

22-06-2022, 11:41 124 dəfə baxılıb

Əfqanıstanın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Paktika əyalətində ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində 255 nəfər həlak olub.

Bu barədə "Aamaj News" agentliyi yerli hakimiyyət orqanlarına və xilasedicilərə istinadla məlumat yayıb.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində 100-dən çox insan yaralanıb. Əyalətin Barmal, Ziruk, Nika və Qayan qəzaları daha çox zərər çəkib. Zəlzələ Paktika ilə yanaşı, Host, Laqman, Qəzni, Lohar, Kabil və başqa əyalətlərə də təsir göstərib. Bir neçə kənd tamamilə dağılıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Taliban hərəkatının Daxili İşlər Nazirliyi zəlzələdən zərər çəkən insanlara yardım göstərilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930