ritor.az

Azərbaycanın ən yaxşı ixracatçıları açıqlanıb

29-04-2022, 13:41 103 dəfə baxılıb

Azərbaycanda qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-mart aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

"Report" xəbər verir ki, bu reytinq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın aprel sayında yerləşdirilib.

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Növbəti yerlərdə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, “P-Aqro” MMC, “Aqrovest” MMC, “Çinar Aqro” MMC, “Mors Trading” MMC, “STP Alüminium” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC qərarlaşıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930