ritor.az

Azərbaycanın Baş naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

6-04-2022, 21:51 47 dəfə baxılıb

Baş nazir Əli Əsədov aprelin 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

REAL xəbər verir ki, görüşdə cari ildə Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin tamam olduğu vurğulanaraq ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışılıb. Dünya Bankının bu istiqamətlərdə Azərbaycana dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Dünya Bankının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dəstəyi, Bankın ölkəmizdəki layihə portfeli və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, həmçinin müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930