ritor.az

“The Economist”: Avropa İttifaqı Kiyevə dəstəyi ikiqat artırmalı olacaq

28-02-2025, 22:06 20 dəfə baxılıb

“The Economist”: Avropa İttifaqı Kiyevə dəstəyi ikiqat artırmalı olacaq
“The Economist”: Avropa İttifaqı Kiyevə dəstəyi ikiqat artırmalı olacaq
Bakı, 28 fevral, Ritor.az

Vaşinqton Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı ABŞ-ın yardımını kompensasiya etmək üçün Ukraynaya hərbi, maliyyə və humanitar dəstəyini ikiqat artırmağa məcbur olacaq.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, bu barədə “The Economist” jurnalında dərc olunan məqalədə deyilir.

Mütəxəssislərin hesablamalarına görə, Avropa İttifaqı və üzv ölkələr 2022-ci ilin yanvarından bəri Ukraynaya hərbi, maliyyə və humanitar yardımlara 113 milyard avro xərcləyib. ABŞ-ın Kiyevə göstərdiyi yardımı əvəzləmək üçün Brüssel bu rəqəmi ümumi daxili məhsulun 0,4 faizinə çatdırmalı olacaq. Hazırda Avropa İttifaqının altı ölkəsi Ukraynaya ümumi daxili məhsulunun 0,4 faizindən çox yardım göstərir. Beləliklə, Avropa İttifaqı ABŞ-ın Ukraynaya yardımını tam əvəzləyə bilər.

Analitiklərin fikrincə, Avropa İttifaqı müdafiə xərclərini ümumi daxili məhsulunun 4-5 faizinə çatdırsa, uzunmüddətli perspektivdə ABŞ-ın dəstəyi olmadan da öz müdafiəsini təmin edə biləcək. Hazırda Avropa ölkələrinin ümumi müdafiə xərcləri 325 milyard avro təşkil edir ki, bu da ümumi daxili məhsulunun 1,8 faizinə bərabərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930