ritor.az

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16-03-2025, 14:21 17 dəfə baxılıb

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 51 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

RİTOR.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Nazir yaralıların Stip və paytaxt Skopyedəki xəstəxanalara yerləşdirildiklərini qeyd edib. O, yanğının gecə saatlarında klubda konsert zamanı pirotexniki vasitələrdən istifadə edilərkən baş verdiyini, konsertin təşkilatçılarının həbs olunduğunu bildirib.

Region ölkələrinin rəsmiləri faciə ilə bağlı Şimali Makedoniya hökumətinə başsağlığı veriblər. Serbiya Şimali Makedoniyaya bütün lazımi dəstək və hərtərəfli yardım təklif edib.

Yanğın zamanı məkanda azı 1500 nəfərin olduğu bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930