ritor.az

Türkiyədə dəhşətli zəlzələ: - 2 min 470 nəfər dağıntılar altından xilas edilib - YENİLƏNİB+VİDEO

6-02-2023, 15:22 131 dəfə baxılıb


Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı durmadan artır. 912 nəfər zəlzələ nəticəsində ölüb, 5385 şəxs yaralanıb. 2 min 470 nəfər dağıntılar altından xilas edilib. 2 min 818 bina isə dağılıb.

***11.07

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

RİTOR.AZ xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

***08.47

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. Yaralıların sayının 440-a çatdığı bildilir.

RİTOR.Az xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

***08.36

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

RİTOR.AZ xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.

Osmaniyə şəhərində 34 bina dağılıb, 5 nəfər həlak olub.

***07:39

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

RİTOR.AZ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə baş verən güclü zəlzələdən ən çox zərər çəkən bölgələri açıqlayıb. Bunlar Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz bildirib ki, zəlzələdən şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Şanlıurfa şəhərinin valisi Salih Ayhan açıqlayıb ki, 16 bina dağılıb. 10 vətəndaş ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930