ritor.az

Budapeşt Moskva ilə Kiyev arasında sülh danışıqlarına böyük ümid bəsləyir

12-03-2025, 20:22 8 dəfə baxılıb

Budapeşt Moskva ilə Kiyev arasında sülh danışıqlarına böyük ümid bəsləyir
Budapeşt Moskva ilə Kiyev arasında sülh danışıqlarına böyük ümid bəsləyir
Budapeşt, 12 mart, RİTOR.az

Ukraynadakı müharibəyə heç bir dövlət, xüsusən də Avropa laqeyd yanaşmır. Üstəlik, Ukrayna ilə ümumi sərhədi nəzərə alsaq, açıq şəkildə demək olar ki, bu müharibə ilə bağlı hər şey və ondan qaynaqlanan nəticələr birbaşa Macarıstanı da narahat edir.

RİTOR.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə paylaşdığı məqalədə müharibənin artıq üç ildir davam etdiyini narahatlıqla xatırladıb.

“Üç ildir biz atəşkəs əldə olunmasına və sülh danışıqlarının başlanmasına çağırış edirik. Bu üç il ərzində mövqeyimizə görə bizi tənqid ediblər və budur, üç ildən sonra atəşkəs rejiminin əldə olunması və sülh danışıqlarının başlanmasına ümid yaranıb. Bəlkə bütün bu rüsvayçılığa ehtiyac yox idi?! O zaman yüz minlərlə insan həyatını itirməzdi, milyonlarla insan məcburi köçkün vəziyyətinə düşməzdi və dəymiş ziyanın həcmi hazırkından yüz milyardlarla avro daha az olardı”, – deyə Siyarto qəzəblə müharibəni davam etdirən və onu daha da alovlandıranların məsuliyyətsizliyinə eyham vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930