ritor.az

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

11-02-2025, 21:33 6 dəfə baxılıb

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır
Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır
Kiyev, 11 fevral, Ritor.az

Ukrayna Avropa İttifaqı ilə sərhədlərdə birgə gömrük və sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlaşır.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib. Onun sözlərinə görə, artıq 2025-ci ildə Ukrayna-Polşa sərhədində pilot layihəyə başlanılması planlaşdırılır.

“Bu il Ukrayna-Polşa sərhədində pilot layihənin başlanmasına ümid edirik”, - deyə Baş nazir söyləyib.

Şmıqal qeyd edib ki, hazırda Avropa Komissiyası ilə müvafiq sazişin razılaşdırılması üzərində işlər gedir. Vurğulanıb ki, sərhədə birgə nəzarət insanlar və biznes üçün vaxta əhəmiyyətli dərəcədə qənaət imkanı verəcək və Ukraynanı Avropa İttifaqına daha da yaxınlaşdıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930