ritor.az

Gürcüstanın qərbində qarda itkin düşənlərin axtarışları davam edir

1-03-2025, 19:12 0 dəfə baxılıb

Gürcüstanın qərbində qarda itkin düşənlərin axtarışları davam edir
Gürcüstanın qərbində qarda itkin düşənlərin axtarışları davam edir
Tbilisi, 1 mart, Ritor.az
Gürcüstanın qərb bölgəsində yağan güclü qarın yaratdığı problemlərin həll olunması istiqamətində işlər aparılır.

Ritor.az AZƏRTACa istinadən xəbər verir ki, Quriya və İmereti bölgələrində əhalinin təxliyəsinə və itkin düşənlərin axtarışına helikopterlər cəlb olunub.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri, yanğınsöndürənləri və polis qüvvələri qocalar və azyaşlılar da daxil olmaqla daha bir neçə ailəni təhlükəsiz mühitə daşıyıblar. Həmçinin əhali ərzaq məhsulları, dərman vasitələri və ilkin tələbat malları ilə təmin olunur.

İmereti bölgəsində itkin düşənlərin axtarışı isə davam edir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, İmeretinin Xaraqauli rayonunun dağlarında itkin düşən çobanın axtarışları hələ də davam edir. Cümə günündən yağan qar səbəbindən üç çobanla əlaqə saxlanılmayıb, lakin xilasedicilər artıq onlardan ikisinin yerini müəyyən edə biliblər. Çobanların axtarışı xüsusi pilotsuz uçuş aparatları vasitəsilə aparılır.

Qeyd edək ki, güclü qar səbəbindən Gürcüstan Dəmir Yolları bir neçə istiqamətdə reysləri təxirə salıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930