“Netflix” Meksikaya 1 milyard dollar investisiya yatıracaq
“Netflix” Meksikaya 1 milyard dollar investisiya yatıracaq
Bakı, 21 fevral, Ritor.az
“Netflix” 4 il ərzində Meksikaya 1 milyard dollar sərmayə qoyacaq.
Ritor.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə “Netflix”in baş direktoru Ted Sarandos açıqlama verib.
Baş direktor çıxışında Meksikanın şirkət üçün əhəmiyyətindən danışıb və “Netflix” məhsullarının ölkədəki iqtisadi təsirinə diqqət çəkib. Həmçinin, “Netflix”in qarşıdakı 4 il ərzində Meksikada çəkiləcək serial və film istehsalına 1 milyard dollar sərmayə qoyacağından məmnunluğunu ifadə edib.
Ted Sarandos qeyd edib ki, bu investisiya audiovizual sektorun inkişafına kömək etməklə yanaşı, ölkə daxilində yeni iş yerləri və imkanlar yaradacaq.