ritor.az

“Haber Global”: Qeyri-leqal maliyyə əməliyyatlarının mənbəyinə çevrilən Fransanın kəşfiyyat xidməti iflasa uğrayıb

13-01-2025, 11:55 0 dəfə baxılıb

“Haber Global”: Qeyri-leqal maliyyə əməliyyatlarının mənbəyinə çevrilən Fransanın kəşfiyyat xidməti iflasa uğrayıb
“Haber Global”: Qeyri-leqal maliyyə əməliyyatlarının mənbəyinə çevrilən Fransanın kəşfiyyat xidməti iflasa uğrayıb
Ankara, 13 yanvar, Ritor.az

Təkcə son iki ildə Fransa hökuməti Birləşmiş Xarici Siyasət və Kəşfiyyat Xidmətinin (DGSE) dörd direktorunu dəyişdirib.

Ritor.az AZƏRTAC a ustinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” informasiya telekanalının fransız kəşfiyyat xidmətinin iflasına həsr olunmuş reportajında deyilir.

Türkiyə telekanalı xatırladır ki, ən böyük qalmaqallardan biri Liviyada Muammər Qəddafi rejimini maliyyə mükafatı müqabilində dəstəkləməkdə ittiham olunan Fransa kəşfiyyat xidmətlərinin hərəkətləri ilə bağlı olub.

Bundan əlavə, DGSE-nin Liviyadan 50 milyon avro alan Fransanın sabiq Prezidenti Nikola Sarkozinin seçki kampaniyasına səhlənkar maliyyə dəstəyində birbaşa əli olduğu iddia edilir. Məhz Fransanın xüsusi xidmət orqanları Qəddafini 2007-ci ildə Sarkozinin kampaniyasını üstüörtülü şəkildə dəstəkləməyə razı sala bilib, hətta Parisdəki Yelisey sarayında iki ölkə liderləri arasında gizli görüş təşkil edilib.

DGSE, həmçinin Cənubi Asiya ölkələrində agentlər şəbəkəsini davam etdirməməkdə günahlandırılır. Belə ki, Myanmada təhlükəsizlik firmasının işçiləri adı altında işləyən üç fransız agentdən ibarət casus şəbəkəsi üzə çıxıb. “Haber Global” xəbər verir ki, bu şəxslər Asiya ölkəsinin şimalında yerləşən Laukkay şəhərində saxlanılıb.

Telekanal vurğulayır ki, Ukrayna ətrafında baş verən hadisələr fransız agentlər üçün növbəti uğursuzluğa çevrilib.

“Fransa ordusuna Ukrayna Silahlı Qüvvələrinin 155-ci əlahiddə mexanikləşdirilmiş briqadasına təlim keçmək, DGSE-ə isə silah-sursat təchizatına nəzarət etmək tapşırılıb. Faktiki olaraq, Ukrayna ordusu Parisdən razılaşdırıldığı miqdardan qat-qat az yardım alıb, kəşfiyyat xidmətləri isə silah təchizatı ilə bağlı problemləri gizlədib”, -deyə Türkiyə telekanalı qeyd edir.

Reportajda bildirilir ki, digər məsələlərlə yanaşı, Kiyevdə çoxlu sayda dron əleyhinə qurğular və hava hücumundan müdafiə sistemləri yoxa çıxıb. Nəticədə Ukrayna briqadası tam heyətlə təchiz olunmayıb və Rusiya ordusunun PUA-larına uğurla müqavimət göstərə bilməyib.

“Haber Global”ın reportajında 2024-cü ilin sentyabrında Parisin xeyrinə casusluqda ittiham olunan Fransa vətəndaşı Bernard Felanın İranda həbsi də diqqət mərkəzində olub. Özünü turizm idarəçisi kimi təqdim edən bu fransız kəşfiyyatçısı DGSE-ni ona kifayət qədər diqqət yetirməməkdə ittiham edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930