ritor.az

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

20-03-2025, 16:01 1 dəfə baxılıb

Aktau şəhərində Azərbaycan guşəsi açılıb
Aktau şəhərində Azərbaycan guşəsi açılıb
Astana, 20 mart, RİTOR.az

Martın 20-də Qazaxıstanın Aktau şəhərində yerləşən və Bakı şəhəri Nərimanov rayonundakı 36 saylı orta məktəblə qardaşlaşan Nazarbayev Kimya və Bioloji İstiqamətli İntellektual Məktəbində Azərbaycan guşəsinin açılışı olub, Novruz bayramı münasibətilə tədbir də keçirilib.

RİTOR.az-ın məlumatına görə, tədbirdə baş konsul Ayxan Süleymanlı, baş konsulluğun əməkdaşları, Türkiyənin Aktaudakı baş konsulu Sabri Alptekin, məktəbin direktoru Rinat Jumabayev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Məktəbin şagirdləri tədbir iştirakçılarına Azərbaycan guşəsi haqqında məlumat veriblər. Təhsil ocağının direktoru Rinat Jumabayev Bakı şəhərində yerləşən 36 saylı məktəblə əlaqələrdən, qarşılıqlı səfərlərdən və məktəblər arasında qurulan xoş münasibətlərdən danışıb.

Baş konsul Ayxan Süleymanlı isə öz növbəsində məktəbdə Azərbaycan guşəsinin yaradılmasına görə təşəkkürünü bildirib. O, məktəbin kollektivini Novruz bayramı münasibətilə təbrik edib və təhsil ocağına ölkəmizlə bağlı kitablar hədiyyə edib.

Şagirdlərin kitab oxumağa marağını artırmaq məqsədilə həyətdə quraşdırılmış kitab rəfi ilə tanış olan qonaqlar milli üslubda qurulan çadırlara baş çəkərək qazax xalqının qədim xalça sənət əsərləri ilə maraqlanıblar.

Sonda tədbir iştirakçıları Novruz bayramı ilə əlaqədar təşkil olunan şənlikdə iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930