ritor.az

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb

15-03-2025, 15:10 0 dəfə baxılıb

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb
“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb

RİTOR.az xəbər verirki,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 11 şagirdi “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsində uğur əldə edib.

Bildirilib ki, müsabiqədə Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbin X sinif şagirdi Ümid Xəlilli və Zaqatala şəhər Humanitar fənlər təmayüllü gimnaziyanın IX sinif şagirdi Yusif Seyidhəsənov “SmartMöö” nominasiyası üzrə ikinci yeri tutaraq gümüş medala layiq görülüblər.

Bundan əlavə, müsabiqədə Balakən şəhər Humanitar və Texniki fənlər təmayüllü liseyin XI sinif şagirdləri Şahin Məmmədov, Həmzət Hudulov, Şəki şəhər 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sadiq Allahverdiyev və şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Sədaqət Yusifova “Ekologiya və ətraf mühitin idarə olunması” nominasiyası, Şəki şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Maarif Rəfili və şəhər 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Emil Cabbarov “Robotexnika və süni intellekt” nominasiyası, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi Həbib Naxçıvanski və IX sinif şagirdi Famil Ədilov “YivMEX beton konstruksiyalar üçün yiv açma robotu” nominasiyası, Oğuz şəhər İnternat tipli texniki və təbiət təmayüllü liseyin IX sinif şagirdi Selcan Süleymanzadə isə “Kimya” nominasiyası üzrə üçüncü yeri tutaraq bürünc medalla təltif olunublar.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930