Masazırda 3mərtəbəli ev yandı
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 675 kvadratmetr (hər mərtəbəsi 225 kvadratmetr) olan mansarda tipli üçmərtəbəli evin ikinci mərtəbəsinin və mansardasının yanar konstruksiyaları 450 kvadratmetr sahədə, birinci mərtəbəsinin tavanı 24 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.