ritor.az

ADPU və Antalya Belek Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

13-02-2025, 22:20 17 dəfə baxılıb

ADPU və Antalya Belek Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
ADPU və Antalya Belek Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
Bakı, 13 fevral, Ritor.az

Fevralın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Antalya Belek Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki universitet arasında təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşün sonunda ADPU və Antalya Belek Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Daha sonra qonaqlar Pedaqoji Universitetdə fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, TÜRKSOY kafedrası və Türkoloji Mərkəzin fəaliyyətləri ilə tanış olublar.

Görüşdə Antalya Belek Universitetinin Himayəçilər Şurasının sədri Əkrəm Çalkılıç, inzibati işlər müdiri Sinan Ərdəm, Himayəçilər Şurası sədrinin müşaviri və müəllim Həsən Özcan, Dizayn fakültəsinin müəllimi Nərmin Əzizzadə Jular, həmçinin universitetin fəxri doktoru Könül Qasımova, ADPU tərəfindən isə universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930