Yüksək Texnologiyalar Parkı ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb
Yüksək Texnologiyalar Parkı ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 11 fevral, Ritor.az
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
YTP-dən AZƏRTAC-a bildirilib ki, müqavilə çərçivəsində ölkənin qabaqcıl IT şirkətlərindən biri olan “Simbrella” “SABAH.city” innovasiya klasterində fəaliyyətə başlayacaq. Şirkət maliyyə texnologiyaları, böyük data analitikası və təhlükəsiz məlumat monetizasiyası sahəsindəki təcrübəsini innovasiya ekosisteminin inkişafına yönəldəcək.