ritor.az

YAP Mərkəzi Aparatında görüş keçirilib

2-04-2025, 21:15 0 dəfə baxılıb

YAP Mərkəzi Aparatında görüş keçirilib
YAP Mərkəzi Aparatında görüş keçirilib

Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

RİTOR.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin mövcud olduğu 33 ildə qarşılıqlı faydalı münasibətlərin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə cavab verən məqsədyönlü siyasətinin nəticəsi kimi, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu çoxşaxəli işbirliyinin dərinləşdirilməsi, iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi baxımından böyük əhəmiyyətə malikdir.

Azərbaycan ilə Çinin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduqları vurğulanaraq “Bir kəmər, bir yol” layihəsi və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlığın önəmindən bəhs edilib. Görüş zamanı dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafının xüsusi diqqət mərkəzində olduğu vurğulanıb. Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib. 2024-cü ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə önəmli töhfə olduğu bildirilib. Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin partiyalar arasında qarşılıqlı inam, hörmət və etimada əsaslanan səmərəli işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Bildirilib ki, yeni mərhələdə görüləcək işlər ortaq maraqları təmin etməklə həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı və perspektivli olacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930