ritor.az

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

17-03-2025, 21:44 14 dəfə baxılıb

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub
YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

Martın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

RİTOR.az bildirir ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub.

Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mükəmməl səviyyədə, bütün əhəmiyyətli aspektlər baxımından mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyini vurğulayıb.

Sonra 2024-cü il üzrə maliyyə hesabatı müzakirə olunaraq İdarə Heyətinin üzvləri tərəfindən təsdiq edilib.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Yekunda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bütün ərazisində tam suverenliyini təmin edərək növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın 2024-cü ildə mühüm uğurlara imza atdığını və yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb. YAP Mərkəzi Aparatının rəhbəri qarşıda duran milli məqsədlərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının da üzərinə böyük məsuliyyətin düşdüyünü söyləyib və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin mütəşəkkil qaydada yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin “Konstitusiya və Suverenlik İli”ndə də ardıcıl nailiyyətlərə imza atacağına inamını ifadə edən YAP Sədrinin müavini iclas iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930