ritor.az

Nazir: Azərbaycan Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

13-03-2025, 16:57 12 dəfə baxılıb

Nazir: Azərbaycan Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir
Nazir: Azərbaycan Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib. Vaxtilə Suriyada Azərbaycan səfirliyi mövcud idi. Sonra isə keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı atılan qeyri-dost addımları fonunda bizim oradakı səfirliyin fəaliyyəti dayandırılmışdı.

RİTOR.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

Yeni vəziyyəti, reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətlə ünsiyyətə keçdiklərini diqqətə çatdıran nazir səfirliyin fəaliyyətinin bərpa olunmasından əvvəl Azərbaycan nümayəndə heyətinin Suriyaya səfər etdiyini bildirib. O qeyd edib: “Bizim təmaslar davam edir. Ölkəmiz tərəfindən ilk humanitar yardım göstərilib. Eyni zamanda, bir neçə gün əvvəl Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Suriyanın İƏT-də fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edildi. Azərbaycan həmin qərarı dəstəklədi. Yaxın zamanlarda bizim Suriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdə tutulur və biz bir sıra məsələləri müzakirə edəcəyik", - deyə C.Bayramov vurğulayıb.

Azərbaycan dövlətinin Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyən Ceyhun Bayramov bundan sonra da ölkəmizin humanitar sahədə öz dəstəyini verəcəyini vurğulayıb. "Eyni zamanda, həm ikitərəfli əlaqələr vasitəsilə, həm də beynəlxalq təşkilatlar kontekstində Suriyanın beynəlxalq münasibətlər sisteminin tamhüquqlu aktoruna çevrilməsi üçün əlimizdən gələn dəstəyi göstərəcəyik”, - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930