ritor.az

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib

14-02-2025, 19:56 0 dəfə baxılıb

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib
Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib
Bakı, 14 fevral,Ritor.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlaması münasibətilə Əhməd əl-Şaraanı təbrik edib.

Ritor.az AZƏRTACa istinadən xəbər verir ki, Suriya xalqının rifahı naminə məsul fəaliyyətində Əhməd əl-Şaraaya uğurlar arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm”.

Prezident İlham Əliyev Əhməd əl-Şaraaya ən xoş arzularını çatdırıb, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930