ritor.az

Pakistanın Baş naziri Azərbaycanla imzalanmış sazişlərin tezliklə icrası üçün komitə formalaşdırıb

4-03-2025, 19:52 13 dəfə baxılıb

Pakistanın Baş naziri Azərbaycanla imzalanmış sazişlərin tezliklə icrası üçün komitə formalaşdırıb
Pakistanın Baş naziri Azərbaycanla imzalanmış sazişlərin tezliklə icrası üçün komitə formalaşdırıb
İslamabad, 4 mart, RİTOR.az
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana səfəri zamanı imzalanmış anlaşma memorandumlarının və sazişlərin tezliklə həyata keçirilməsini təmin etmək üçün komitə yaradıb.

RİTOR.az xəbər verir ki, komitəyə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar rəhbərlik edəcək. Komitə iki ölkə arasında enerji və infrastruktur sektorlarında sazişlər hazırlayacaq.

Pakistanın Baş naziri müvafiq orqanlara Pakistan-Azərbaycan ticarətinin cari həcmini 2 milyard dollara çatdırmaq üçün fəaliyyət planı təqdim etməyi tapşırıb.

İclas iştirakçılarına məlumat verilib ki, Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri zamanı birgə biznes-forum keçirilib və iki ölkə arasında 10 saziş, memorandum imzalanıb və mübadilə edilib, bir niyyət protokolu imzalanıb.

Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel ayında Pakistana səfəri ilə bağlı bütün hazırlıq işlərinin başa çatdırılmasını da tapşırıb.

Baş nazir iki ölkə arasında çoxillik dostluq əlaqələrinin olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930