ritor.az

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

17-02-2025, 22:49 2 dəfə baxılıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib
Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib
Praqa, 17 fevral, Ritor.az

Fevralın 17-də Praqa Qəsrində Azərbaycan Respublikasının Çex Respublikasındakı səfiri Yaşar Əliyev etimadnaməsini Prezident Petr Pavelə təqdim edib.

Ritor.az AZƏRTACa istinadən xəbər verir ki, mərasim zamanı Çex Respublikası Prezident Qvardiyasının Orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Etimadnamənin təqdimatından sonra Çexiya Prezidenti Petr Pavel ilə Azərbaycan səfiri Yaşar Əliyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan-Çexiya əlaqələrinin hazırkı durumu və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması ilə əlaqədar məmnunluq ifadə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930