ritor.az

Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib

12-01-2023, 11:28 137 dəfə baxılıb


Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.

RİTOR.AZ xəbər verir ki, Kuba Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Migel Dias-Kanel Bermudesə çatdırıb. Dövlət başçımızın salamlarına görə minnətdarlığını bildirən Kuba lideri öz növbəsində, onun salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə həyata keçirdiyi səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı QH-də uğurlu sədrliyi münasibəti ilə təbrik edib. Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib.

Söhbət əsnasında iki ölkə arasında müxətlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930